Məşhur modelin evini soydular

Türkiyənin məşhur modeli Çağla Şıkelin evinə oğru girib.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Otaqlardan birinin şüşəsini sındıraraq evə girən oğrunun çox sayda əşya və qızıl oğurladığı ortaya çıxıb.

Qeyd edək ki, Şıkel, evinə oğru girdiyi zaman, 2015-ci ildə boşandığı keçmiş əri, müğənni Emre Altuğ və oğulları ilə birgə Erzurum- Palandökendəki bir festivalda olub.