ONN İnformasiya Agentliyi

Məşhur müğənni azərbaycanlının hesabına “Qızıl qrammofon” aldı

Məşhur müğənni azərbaycanlının hesabına “Qızıl qrammofon” aldı
26 Noyabr 2019 - 21:03

Ukraynanın Xalq artisti Ani Lorak azərbaycanlı Vilayət Niftəliyevin müəllifi olduğu “Sumasşedşaya” (“Dəli”) kompozisiyasına görə Rusiyanın əsas musiqi mükafatlarından biri olan “Zolotoy qrammofon”a (Qızıl qrammofon) layiq görülüb.

ONN media xəbər verir ki, müğənni bu sevindirici xəbəri “Instagram” sosial şəbəkəsindəki səhifəsində bölüşüb.

“Zolotoy qrammofon”un təntənəli təqdimetmə mərasimi Dövlət Kreml sarayının səhnəsində mahnıları 2019-cu il ərzində “Russkiy radio”nun hit-paradına başçılıq edən Rusiya şou-biznes ulduzlarının iştirakı ilə keçirilib. Ani Lorak bir dəfəyə iki mükafat alıb: biri “Sumasşedşaya” (“Dəli”), digəri “Son” (Yuxu) kompozisiyasına görə.

Vilayət Niftəliyev özü isə “Sumasşedşaya” mahnısına görə ötən il “Pesnya qoda-2018” (“İlin mahnısı”) mükafatını alıb.

Vilayət Niftəliyev Rusiya şou-biznesində Weel təxəllüsü ilə məşhurdur. O, “Zhara Music” musiqi leyblinə daxildir.

Ani Lorak ilk peşə müqaviləsini 14 yaşında imzalayıb. 1995-ci ildə “Utrennyaya zvezda” (Sübh ulduzu) televiziya müsabiqəsinin qalibi olub. O, Ani Lorak (Karolina adının tərsinə – soldan-sağa oxunuşu) ləqəbini də həmin vaxt götürüb. Müsabiqədə isə onun iştirakçı adı Karolina kimi qeyd olunmuşdu. 1996-cı ildə Ani, Ümumdünya gənc ifaçılar müsabiqəsi “Big Apple Music”-in (Nyu York) Qran-prisini alıb.

Ani Lorak həmçinin “Avroviziya-2008” Beynəlxalq mahnı müsabiqəsinin gümüş mükafatçısıdır.

Müğənni Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Azərbaycan, Latviya, Litva, Estoniya, BƏƏ, Türkiyə, İsrail, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Malta, Macarıstan və Polşa səhnəsində uğurla çıxış edir. Ani Lorak bütün dünyada daha çox insanı öz yaradıcılığı ətrafında birləşdirmək və onları xoşbəxt etmək kimi vacib missiyanı üzərinə götürüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png