Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur müğənni və televiziya aparıcısı Seda Sayan xəstəxanaya yerləşdirilib.

ONN media xəbər verir ki, bu barədə məlumatı müğənni özü "Instagram" hesabından paylaşdığı foto ilə bildirib.

S.Sayan təcili xəstəxanaya yerləşdirildiyini qeyd etsə də, müğənninin hansı səbəbdən orada olduğu hələlik məlum deyil.