Mahsum Kırmızıgül Azərbaycana belə dəstək oldu

Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgül bir neçə gün əvvəl ermənilərin Gəncədə törətdiyi terror hadisəsinə biganə qalmayıb.

ONN media xəbər verir ki, məşhur sosial şəbəkədə ermənilərin atdığı raket nəticəsində Gəncədə yaralanan uşaqların fotolarını paylaşıb.

O, paylaşıma “Bu uşaqlar yazıqdır. Müharibənin qalibi olmaz. Gəncədə mülki vətəndaşlara edilən hücumu qınayıram. Azərbaycan xalqının yanındayım” sözlərini qeyd edib.