ONN İnformasiya Agentliyi

Manaf Ağayev: “Oğlumun toyuna gələnlərin sənədləri yoxlanılacaq”

Manaf Ağayev: “Oğlumun toyuna gələnlərin sənədləri yoxlanılacaq”
01 Dekabr 2017 - 16:03

Müğənni Manaf Ağayev dekabrın 4-də oğlu Elçinə toy edəcək.

ONN media Lent.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə “Hər şey daxil” verilişində deyib. O bildirib ki, oğlunun özəl günü mediaya qapalı olacaq: “Oğul toyu qız toyundan fərqli olur. Oğul atası bir az ürəkli olur. Qız gedəndə kövrək olursan, amma indi evə gəlin gətirirsən. Toy mediaya qapalı olacaq. Çünki bunu Elçin özü istəyir. Deyir, müğənni deyiləm ki, mənim toyum çəkilsin. Qapıda mühafizə olacaq. Hamı sənədlə, şəxsiyyət vəsiqəsilə yoxlanılıb buraxılacaq. Düzdür, telefonu hər nə qədər qarşısını almağa çalışsan da, içəri keçirəcəklər, amma jurnalistlərə olmaz. Çünki media elə başlıq qoyur ki, adam qorxur, deyirsən, görəsən, içərisində nə var, nə demişəm…”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png