“Maşın” şou artıq bitdi, yeni layihə gəlir – Murad Dadaşov

Xalq artisti Murad Dadaşov layihə rəhbəri və aparıcısı olduğu “Maşın” realiti-şousu ilə bağlı vacib açıqlama verib.

ONN media bildirir ki, “MTV Azərbaycan”a danışan apartıcı şounun artıq bitdiyini deyib.

“Maşın”ın tarixi bitdi. Mənim üçün geridə qalmış bir layihədir. Yeni layihələrə başlayıram. İnanmıram, yaxın zamanlara qədər bu şou yenidən olsun. “Maşın” bitdi.

Yeni işlərə, nəfəsə ehtiyac var. 2020-ci ilin layihələrini gündəmə gətirəcəyik. Hətta onlardan birində aparıcı da olacağam”. (yenisabah)