ONN İnformasiya Agentliyi

“Maşın şou”nun keçmiş QALİBİ haqqını halal etmədi: “Allahıma əmanət etmişəm”

“Maşın şou”nun keçmiş QALİBİ haqqını halal etmədi: “Allahıma əmanət etmişəm”
28 Noyabr 2019 - 14:35

“Haqqımı halal edərəmmi bəzilərinə? Bilmirəm! Ən yaxşı halda “Necə biri kimi tanıyırdınız” sualına, tanıya bilməmişəm deyib gedərəm”.

ONN media xəbər verir ki, bu sözləri tanınmış aktrisa və aparıcı Xəyalə Quliyeva instaqramda paylaşıb. Son günlərdə sosial şəbəkədə kəskin ismarışları ilə diqqət çəkən “Maşın şou”nun keçmiş qalibi sözlərini belə tamamlayıb:

“Mən onlarda qalan haqqımı, Allahıma əmanət etmişəm! Allahım özü layiq olana halal etsin! Hər insanın daxilində yaxşılıq və pislik yan-yana dayanır. Hansını daha çox bəsləsə, o qalib gəlir! Yaxşılıqla pisliyin yeganə oxşar cəhəti isə odur ki, hər ikisi sonda sahibinə qayıdır! Odur ki, yaxşılığı daha çox bəsləyin!”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png