ONN İnformasiya Agentliyi

“MTV Azərbaycan”dan Rəhim Rəhimlinin işdən kənarlaşdırıldı? – AÇIQLAMA

“MTV Azərbaycan”dan Rəhim Rəhimlinin işdən kənarlaşdırıldı? – AÇIQLAMA
05 Yanvar 2020 - 17:30

“MTV Azərbaycan” kanalı müğənni Rəhim Rəhimlinin direktor vəzifəsindən uzaqlaşdırılması xəbəri ilə bağlı açıqlama yayıb.

ONN media xəbər verir ki, kanalın məlumatında deyilir:

“Kanal rəhbəri Rəhim Rəhimlinin vəzifəsindən getməsi barədə yayılan xəbər dezinformasiyadır və məlumat dəqiqləşdirilmədən yayılıb. Rəhim Rəhimlinin “MTV Azərbaycan” kanalının Yeni il proqramında iştirak etməməsinin səbəbi bəstəkar-müğənninin Moskva şəhərində dövlət tədbirində çıxışı ilə bağlı olub. Rəhim Rəhimli hazırda kanalın direktoru vəzifəsində öz işini davam etdirir”.

Xatırladaq ki, Rəhim Rəhimlinin işdən çıxarıldığı, onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayevin təyin edildiyi bildirilirdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png