Müğənni evini qarət edən qızı bağışladı

Müğənni Fuad Musayev bir neçə gün öncə evinin qarət olunmaslnda iştirak edən qonşu qızı Səbinə Atakişiyevanı bağışlayıb.

ONN media xəbər verir ki, bu barədə müğənni “Maşın” Şou-da açıqlama verib.

O qeyd edib ki, qızın anasının göz yaşlarına dözə bilməyərək qızı bağışlayır. Ona qarşı heç bir şikayəti olmadığını deyən Musayev, hüquq-mühafizə orqanı əməkdşalarından onu həbs etməmələrini xahiş edib.

Xatırladaq ki, Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev sentyabrın 27-də Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.(baku.ws)