Müğənnidən şəhid hərbçilərlə bağlı duyğusal paylaşım

Məşhur türkiyəli müğənni Sıla “Zeytun budağı” əməliyyatında şəhid olan hərbçilərlə bağlı Tvitter hesabında paylaşım edib.

ONN media xəbər verir ki, müğənni ölənlərə Allahdan rəhmət, ailələrinə isə başsağlığı arzu edib.

“Günlər çətin keçir. Afrində şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə başsağlığı diləyirəm. Bölgədə olan “məhməd”çiklərin sağ-salamat vətənə qayıtması üçün dua edirəm”, – Sıla bildirib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatında 3 türk hərbçisi şəhid olub.(kult.az)