Müşfiq Abbasova ATV-də vəzifə verildi

Azad Azərbaycan MTRK-nın prezidenti Azər Xəlilov yeni təyinatlarla bağlı əmr imzalayıb.

ONN media xəbər verir ki, əmrə əsasən “Bu şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasov ATV rəhbərinin kreativ texnologiyalar və əyləncəli verilişlər üzrə müşaviri təyin edilib.

Tanınmış ssenarist Fariz Əliyev isə ATV-nin icraçı direktorunun yaradıcılıq məsələləri üzrə müavini vəzifəsinə təyin olunub.