Nadir Qafarzadə Röyanın mahnısını oxudu – VİDEO

Müğənni Nadir Qafarzadə əməkdar artist Röya Ayxanın ifa etdiyi “Arzular” mahnısını oxuyub.

N.Qafarzadə mahnıya görə bəstənin müəllifi Nailə Mirməmmədlidən və ilk ifaçısı Röyadan halallıq aldığını bildirib:

“İllər öncə Röya ifa etmişdi. Mən də mahnını bəyəndim. Hesab etdim ki, bəstənin hallığını alıb, mən də oxuyum. Röya mahnıya bir başqa cür rəng qatıb, mən də öz ifamda fərqli yanaşmışam. Dinləyicilər ilk ifayla yanaşı bunu da bəyənəcək”.