ONN İnformasiya Agentliyi

Nadir Qafarzadə ailəsi ilə birgə qəzaya düşdü

Nadir Qafarzadə ailəsi ilə birgə qəzaya düşdü
11 İyul 2022 - 14:29

Müğənni Nadir Qafarzadə ağır avtomobil qəzası keçirib.

ONN media xəbər verir ki, bu haqda sənətçi “Şourum” proqramına müsahibəsi zamanı bildirib.

İfaçı paytaxtdakı avtobuslardan birinin onun avtomobilini vurduğunu deyib.

“Sol yoldan sağa keçəndə avtobus gəldi və avtomobilimi arxadan vurdu. Maşınım yerində fırlandı. Həyat yoldaşım da, uşaqlar da qışqırmağa başladılar. Gördüm, avtomobilim xeyli ziyan çəkib. Amma şükür, uşaqlarıma heç nə olmadı.

Həyat yoldaşım çox qorxmuşdu. 3-4 gün sonra mənə polisdən zəng vurdular ki, cərimələnmisən. Getdim, avtobusun da cəriməsini ödədim”, – deyə müğənni qeyd edib./baku.ws/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png