ONN İnformasiya Agentliyi

Nailə İslamzadə illər sonra yenidən efirdə

Nailə İslamzadə illər sonra yenidən efirdə
03 Sentyabr 2019 - 23:22

Azərbaycan Dövlət Televiziyasının (AzTV) unudulmaz simalarından olan, məşhur “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist Nailə İslamzadə yenidən efirə qayıdıb.

ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aparıcı Alidə Mustafayeva sosial şəbəkədə yazıb. Nailə İslamzadə yeni mövsümdən İctimai Televiziyanın (İTV) efirində olacaq.

“Onu bu gün qrim otağımızda gördüm. Qrim ustamızdan soruşdum ki, bizə təzə qız gəlib? Birdən mənə çatdı ki, bu odur. Gözəl və hətta çox gözəl Nailə İslamzadə. Xoş gəlmisiniz! Sizinlə eyni kanalda çalışacağımıza çox sevindim”, – deyə Mustafayeva qeyd edib.
Xatırladaq ki, Nailə İslamzadə AzTV-də 25 illik fəaliyyətindən sonra efirdən uzaqlaşaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışıb. O eyni zamanda, Türkiyənin TRT AVAZ kanalında yayınlanan “İş’te kadın” proqramının aparıcısı olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png