ONN İnformasiya Agentliyi

Nazpəri: İlhamə Quliyeva yuxuma girib, hallalıq istədi

Nazpəri: İlhamə Quliyeva yuxuma girib, hallalıq istədi
02 Fevral 2018 - 14:54

“Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinin bugünkü qonağı Xalq artisti Nazpəri Dostəliyeva olub. 

ONN media xəbər verir ki, müğənni proqramda illərdir ki, kəlmə kəsmədiyi mərhum Xalq artisti İlhamə Quliyeva barədə açıqlama verib. 

Dostəliyeva bildirib ki, İlhamə onun yuxusuna girib, ifaçıdan halallıq istəyib:

“Bu xanımla bağlı mənə çox suallar veriblər, cavab verməmişəm. Özümə yaraşdırmıram ki, dünyasını dəyişmiş insan haqqında danışım. Öləndən sonra üç gün yuxuma girdi. Dili ilə dedi ki, mənə hallalıq ver. Başımı bağlayıb Allaha dua etdim.

Örpəyi atıb yasin sürəsi oxudum. Ola bilsin ki, kənardan məni fərqli görə bilərlər. Amma ürəyim çox yumşaqdır. Məhz bu xarakterimə görə problem yaşamışam. Bu yuxunu heç kimə danışmamışam. İdeal insan deyilik, səhv addım da atırıq. Bu, o demək deyil ki, ölən insanların haqqında danışasan”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png