Onlar niyə getdilər?

Müğənnilər Sevil və Sevinc bacıları “Xəzər” TV-dən getmələrinin səbəbini açıqlayıblar.

ONN medianın məlumatına görə, əkizlər  “Deyirlər, Tolik bacıların torbasını tikdi” sualına belə cavab veriblər:

“4 il az vaxt deyil. Ora can qoymuşuq. Yaxşı və pis günümüzü bölüşdüyümüz məkan idi. Biz oranı etibar etdiyimiz insana həvalə etdik. Toliki günahlandırmayın, təşəkkür edin. Biz müğənniliklə daha yaxşı məşğul olacağıq.

Verilişdən getdiyimiz zaman üzülənlər kimi, sevinənlər də oldu. Hətta qırmızı geyinib, əlinə xına yaxıb proqrama çıxanlar da oldu. Amma heç biri bizim yerimizi tuta bilməz”.

Sevil və Sevinc bundan sonra heç bir kanalda aparıcı kimi çalışmayacaqlarını bildirib:

“Bir çox kanal bizi nə çəkir, nə də efirə çağırırdı. Yəqin, bundan sonra qapılarını açacaqlar”.