Özcan Dəniz Bakıya nə vaxt gələcək?

Türkiyəli müğənni Özcan Dənizin təxirə düşən Bakı konsertinin yeni vaxtı açıqlanıb.

Bakı Konqres Mərkəzində planlaşdırılan konsert oktyabrın 25-də keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl tədbir sentyabrın 16-da planlaşdırılmışdı. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olmasına görə konsert təxirə salınmışdı.