ONN İnformasiya Agentliyi

Pərvin Abıyevadan sevgilisi ilə bağlı ŞOK AÇIQLAMA: Dövlət qulluğunda işləyən bir şəxs…

Pərvin Abıyevadan sevgilisi ilə bağlı ŞOK AÇIQLAMA: Dövlət qulluğunda işləyən bir şəxs…
29 Noyabr 2019 - 13:31

Tanınmış aktrisa Pərvin Abıyeva sevgilisi olduğu iddia edilən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev adlı şəxsin işdən çıxarılması ilə bağlı yayılan açıqlamaya münasibət bildirib.

Açıqlama verən aktrisa Daxili İşlər Nazirliyinin yaydığı məlumatda haqqında yazılan ağır ittihamlara reaksiya verib.

Son günlərdə haqqında yayılan xəbərlərdən sarsıntı keçirən kino ulduzu bildirib ki, məşhur aktrisa necə müəmmalı həyat tərzi keçirə bilər:

“Açıqlamada “müəmmalı həyat tərzi keçirən şəxslər” və digər qeyri-etik ifadələr işlədilib. Birincisi, müəmmalı həyat tərzi keçirməyimin səbəbi və sübutu nədir? İkincisi, müəmmalı həyat tərzi keçirən şəxs deyiləm, açıq-aşkar aktrisayam, həm Azərbaycanda, həm də Türkiyədə tanınmış simayam. Necə həyat sürdüyüm və nə işlə məşğul olduğum həmişə aşkar olub. Bu sözləri yazan şəxs özü necə həyat sürür? Haqqımda niyə bu cür cümlə qurulur?! Bu ifadə o məclisdə iştirak edən hər kəs üçün birbaşa təhqirdir. Dövlət qulluğunda işləyən bir şəxs hansı haqla bu sözü dilinə gətirir? Gördüyüm işlər də, həyatım da ortadadır. Müəmmalı həyat yaşamıram. Bunu yayanlar bu ölkənin aktrisasını tanımır, Pərvin Abıyevanın kim olduğunu və nə işə qulluq etdiyini bilmir? İşim də, mövqeyim də, yaşadığım ölkə də bəllidir”.

Xatırladaq ki, M.Abdullayev doğum günündə Pərvin Abıyeva ilə sosial şəbəkələrdə və mətbuatda yayılan görüntülərindən dolayı işdən çıxarılıb.

DİN-in yaydığı məlumatda qeyd olunub ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.Publika.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png