“Parni iz Baku”nun aktyoru vəfat etdi – FOTO

Əfsanəvi “Parni iz Baku” KVN komandasının aktyoru Rauf Əsgərov vəfat edib.

ONN media  xəbər verir ki, bu barədə aktyor Vado Korovin feysbukda məlumat verib və aktyorun arxiv fotosunu paylaşıb:

“Böyük kədərlə qeyd etmək istəyirəm ki, bizim Rauf Əsgərov vəfat edib. Allah rəhmət etsin”.

Məlumat üçün bildirək ki, 90-cı illərdə KVN komandasının üzvü olan Rauf Əsgərov bir müddət Rusiyada yaşayıb.(publika.az)