ONN İnformasiya Agentliyi

Polis sevgilisindən ayrılan Pərvin Abıyeva depressiyaya düşüb?

Polis sevgilisindən ayrılan Pərvin Abıyeva depressiyaya düşüb?
06 Dekabr 2019 - 20:57

Polis leytenantı Murad Abdullayevdən ayrılan gənc aktrisa Pərvin Abıyeva depressiyaya düşüb.

ONN media bildirir ki, aktrisa İnstaqramda foto paylaşaraq qeyd yazıb: “Sizə baxıramsa, o demək deyil ki, görürəm. Düşünürəm, o demək deyil ki, fikirliyəm”.

Masada alışqanın olması da diqqət çəkib. Sosial şəbəkə izləyiciləri aktrisanın siqaret də çəkdiyini iddia ediblər.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev işdən çıxarılıb. Buna səbəb onun Pərvin Abıyeva ilə ad günü partisində yayılan videosu olub.

Murad Abdullayev mətbuata açıqlamasında aktrisa ilə ayrıldığını və onunla sevgili olduğu üçün peşmanlıq çəkdiyini deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png