Aysel “Eurovision” səhnəsinə dörd müğənni ilə çıxacaq- FOTO

Aysel “Eurovision” səhnəsinə dörd müğənni ilə çıxacaq- FOTO


3-cü “Eurovision” mahnı müsabiqəsinə hazırlıqlar tam sürətlə davam edir

ONN media xəbər verir ki, “X My Heart” (Cross My Heart) mahnısı ilə ölkəmizi Portuqaliyada keçiriləcək müsabiqədə təmsil edəcək Ayseli səhnədə kimlərin müşahidə edəcəyi məlum olub.

Bu barədə “Infe Azerbaijan” səhifəsi məlumat yayıb.

Bildirilir ki, təmsilçimizi Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçılar Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edəcək.

Qeyd edək ki, əlavə olaraq səhnə arxasında tanınmış yunan ifaçısı Stefania Rizou Ayselin bək-vokalçısı kimi Azərbaycan komandasında yer alıb.

Geri qayıt