Kamran Həsənlidən ŞOK İFADƏLƏR

Kamran Həsənli aparıcısı olduğu "Onda başladıq" verilişində mərhum xalq artisti İlhamə Quliyevayla bağlı sərt fikirlər səsləndirib.
ONN media Ölkə.az-a istinadən xəbər verir ki, o, efirdə yalan danışmağı İ.Quliyevanın dəb saldığını bildirib:
"Canlı efirdə yalan danışmağa ilk dəfə İlhamə xanım başladı. Ay nə bilim YUNESKO, ay nə bilim İsveçrədə kraliça söhbətləri yalan idi. Bir dəfə proqramımda dedi ki, Bolqarıstanda filan müsabiqəyə münsif kimi dəvət edilmişəm. Dedim ki, İlhamə xanım, o müsabiqə 70-ci illərdə keçirilib, indi keçirilmir. Biz danışmadıq, susduq və efirdə yalan danışmaq trendə çevrildi".
Qeyd edək ki, "Space" telekanalında həftə içi 10-da başlayan "Onda başladıq" verilişinin informasiya dəstəkçisi "Ölkə.Az" saytıdır.