Türkiyəli məşhur aktyor evləndi

Məşhur aktyor Sinan Çalışkanoğlu uzun müddətdir sevgili olduğu Çiğdem Şen ilə nikah masasına oturub.
ONN media xəbər verir ki, mərasimə yalnız cütlüyün ailə üzvləri və dostları qatılıblar.
Sinan və Çiğdemin nikah şahidi Kemal Doğulu olub. Toydan fotoları qonaqlar İnstaqramda paylaşıblar.