Tolik uzun illərdir ki, bu məşhur aparıcı ilə küslüdür

Prodüser Tarix Əliyev aparıcı Yusif Ağayevlə küsülü olduğunu bildirib.
ONN media bildirir ki, Tolik bunu ilk dəfə olaraq Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində etiraf edib:
“Mən özümə qadağalar qoymuşam, çünki həftədə beş dəfə veriliş aparıram, məsuliyyətim var. Keçən dəfə başqa bir kanalda çalışan Yusif (Ağayev-N) gözəl bir söz dedi. Baxmayaraq ki, mən onunla 7 ildir ki, danışmıram, amma sözünü dəstəklədim. O dedi ki, reytinq xatirinə əndazəni aşmaq olmaz. Düz deyir, efirdə dombalaq aş, başqasının xanımını alçalt, nə var reytinq qazanacaqsan. İnsanlar da belə şeylərdən bezir”.