Məşhur müğənni 100 min ziyana düşdü

Məşhur müğənni 100 min ziyana düşdü
Müğənni Kərim Abbasov 100 min manat ziyana düşüb.

ONN media xəbər verir ki, bu barədə özü şou proqramda danışıb.
O bildirib ki, restoran biznesi iflasa uğrayıb:
"Restoranı açmağımızla bizi aldatdılar. Üç aya 100 min manat ziyana düşdüm. İndi başqa bir biznes qurmuşam. Yarısını etdim, qalıb yarısı. Bir ilə hazır olacaq".
Kərim aldığı villadan da danışıb:
"Villa almışam. Badamdar qəsəbəsində, ən bahalı yerdə yerləşir. Niyə şəkil paylaşım ki? Nəzərdən qorxuram"
Geri qayıt