Tanınmış türkiyəli aktyor öldü

Tanınmış türkiyəli aktyor öldü
Tanınmış türkiyəli aktyor və şair Yavuz Çətin vəfat edib.
ONN media xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat yayıb.
Bildirilib ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan Y.Çətin 65 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Y.Çətin "Könül oğrusu", "İki dünya arasında", "Azad insan”, "Sakarya Fərat", "Kolpaçino: Bir şəhər əfsanəsi", "Şimal küləyi", "Qurdlar vadisi - Pusu", "Pars: Kiraz əməliyyatı", "İtirilmiş illər", "Acı həyat", "Fevral soyuğu", "Əcnəbi kürəkən", "Son yarpaq", "Qurdlar vadisi", "Qürbət qadını" kimi tanınmış film və seriallarda rol alıb.

Geri qayıt