Türkiyənin məşhur qrupu Bakıya gəlir

Türkiyənin məşhur mahnı qrupu DUMAN Bakıda konsert verəcək.
ONN media xəbər verir ki, bu barədə “İticket.az” saytı məlumat yayıb.
Konsert sentyabrın 13-ü Bakı İdman Sarayında baş tutacaq.
Konsert üçün biletlərin qiyməti minimum 35, maksimum isə 75 manatdır.