Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları ilə bağlı keçirilən istintaqda yeni detallar ortaya çıxıb.
ONN media xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun rəhbərliyi ilə davam edən araşdırma çərçivəsində məhkəmə-tibbi ekspertizaya qan və saç nümunələri təqdim edən şəxslərdən üç nəfərin test nəticələrinin müsbət olduğu bildirilib.
Aktyor Onur Tuna, sosial media fenomeni Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanlar üzərində aparılan analizlərin nəticəsi müsbət çıxıb.
Ekspertiza hesabatında Onur Tuna və Özgür Deniz Cellatın nümunələrində marixuananın aktiv maddəsi olan "THC"yə rast gəlindiyi, Zehra Hanzade Gürkanların analizlərində isə kokain metabolitlərinin aşkarlandığı qeyd olunub.
İstintaq çərçivəsində ekspertizadan keçirilən digər bəzi şəxslərin isə qan, sidik və saç analizlərinin mənfi nəticə verdiyi bildirilib.
Hazırlanan hesabat araşdırmanı aparan prokurorluğa təqdim olunub və istintaq davam edir.
