İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi

İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
Türkiyəli məşhur sənətçi İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirilib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, uzun müddətdir səhhətində problemlər yaranan 74 yaşlı müğənni Ankaradakı xəstəxanalardan birinə aparılıb.
Xatırladaq ki, İbrahim Tatlıses aprelin 7-də ağır infeksiya səbəbindən xəstəxanada müalicəyə cəlb olunmuşdu. Öd kisəsindəki problemlə bağlı müğənninin əməliyyatı uğurlu keçmişdi. Müalicə prosesindən sonra Tatlısəs aprelin 22-də xəstəxanadan evə göndərilmişdi.

Geri qayıt