Oktay Kaynarcadan sevənlərinə SÜRPRİZ

Oktay Kaynarcadan sevənlərinə SÜRPRİZ
Məşhur aktyor Oktay Kaynarcanın yeni layihəsi bəlli olub.

ONN media xəbər verir ki, o bu dəfə "Hamal" adlı ekran işində rol alacaq.
Sonuncu dəfə "Ben Bu Cihana Sığmazam" serialı ilə tamaşaçı qarşısına çıxan Kaynarca həm də layihənin prodüserliyini edəcək.
Ekran işinin senari müəllifləri Kerem Deren və Çisil Hazal Tenimdir.
"ATV" kanalı üçün çəkiləcək ekran işinin rejissoru Mustafa Şevki Doğan olacaq.
Hazırda layihənin aktyor seçimi mərhələsinə başlanılır.
Oktay Kaynarcanın sentyabrda nümayiş olunacaq "Hamal" serialı üçün yenə iddialı bir aktyor heyətini bir araya gətirəcəyi gözlənilir.
Geri qayıt