Məşhur cütlük valideyn oldu

Məşhur cütlük valideyn oldu


"Snapchat" qurucusu, milyarder Evan Şpiqel və model xanımı Miranda Kerr valideyn olublar.

ONN media axşam.az-a istinadən bildirir ki, bu, 35 yaşlı Mirandanın ikinci, 28 yaşlı Evanin isə ilk övladıdır.

Cütlüyün Los-Ancelesdə yerləşən xəstəxanalardan birində oğlu dünyaya gəlib. Onlar uşağa Evanın babası şərəfinə Xartom adı veriblər.

Qeyd edək ki, Kerrlə Şpigel ötən ilin mayında Los-Ancelesdə nikah masasına oturub. Bundan əvvəl Miranda aktyor Orlando Blum ilə evli olub və ondan Flin adlı bir oğlu var.

Geri qayıt