Madonnanın ayaqqabısı bu qiymətə satışa çıxarılacaq

Dünya ulduzu Madonnanın bir zamanlar məşhur olan ayaqqabısı yenidən satışa çıxarılacaq.
ONN media xəbər verir ki, kanadalı dizayner Con Fluevoq Madonnanın 1990-cı illərdə geyindiyi ayaqqabıları yenidən istehsal üçün hazırlayıb.
Platformalı ayaqqabını Madonna 30 yaşı olanda 3 rəngdə geyinib. Ayaqqabının cütü 355 dollaradır.