Ölən aktyorun sevgilisinin paylaşımı kövrəltdi - 6 il sonra eyni gündə...

Motosiklet qəzasında ölən aktyor Arda Özirinin sevgilisi kövrək paylaşım edib.
ONN media xəbər verir ki, aktyorun sevgilisi bildirib ki, o, tanış olduqdan 6 il sonra həmin gün vəfat edib.
"Yoldaşım, dostum, sirdaşım...Həyatıma girdiyin ilk gündən tam 6 il sonra, eyni gündə səni itirdim. (27.05.2012) Mənə xoşbəxtlik bəxş etdiyin üçün sənə sonsuz təşəkkür edirəm, gözəl insan"
Qeyd edək ki, Arda Öziri Ruhsar, Dadı, Aşkın Bedeli, Akasya Durağı, Kampüsistan, KınalıKar, Asmalı Konak və Ertuğrul seriallarına çəkilib.