Aslını ayrılıq ölkəsindən uzaqlara saldı

Murad Bozla münasibətlərinə son qoyan Aslı Enver əvvəlcə səssizliyə qapandı.
ONN media xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa indi də uzaq bir yerə tətilə gedib. "İstanbullu gelin" serialının mövsüm finalına çıxmasınan sonra Aslı yorğunluğun daşını atmağa çalışıb.
Enver dostları ilə iyunun 7-dən çıxdığı səyahətində bir çox ölkələri gəzib. O, İtaliya, İngiltərə, Amsterdam və başqa yerlərə yollanıb. Aktrisa 10 min 374 kilometr uzaqlara gedib.