İkilidən heyranlarını üzəcək açıqlama

Türkiyəli aktrisa Burçin Terzioğlu və sevgilisi İlker Kaleli ötən gün kameraların hədəfinə tuş gəliblər.
ONN media xəbər verir ki, Burçin jurnalistlərin evlilik barədə olan suallarına “Evlənmək üçün tezdir. Bu barədə düşünmürük” cavabını verib. 4 ildir sevgili olan cütlüyün bu cavabı izləyicilərini təəccübləndirib.
Qeyd edək ki, Burçin və İlker “Poyraz Karayel” serialının çəkilişi zamanı tanış olublar.