Dünya ulduzu Azərbaycanda - FOTO

“Rammstein” qrupunun solisti, məşhur rok ifaçısı Till Lindemann Bakıya gəlib.
ONN media xəbər verir ki, dünya ulduzunun Bakıda çəkilmiş fotoları artıq sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Lindemann dekabrın 15-də Bakı Kitab Mərkəzində pərəstişkarları ilə görüşəcək, orada avtoqraf sessiya keçiriləcək.
Xatırladaq ki, rok ifaçısı sonuncu dəfə ötən il Bakıya gələrək “Jara” musiqi festivalında iştirak edib.(qafqazinfo.az)