Rəqqasə Fatimə yenidən bıçaq altına yatır

Rəqqasə Fatimə Fətəliyeva Türkiyədə əməliyyat olunacaq.

ONN media xəbər verir ki, bu barədə Fatimə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Fətəliyeva səhhətində yaranan problemdən bəhs edərək xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşüb.

“Vaxtında gəlməsəydim, ciddi problem ola bilərdi. Bu da savadsız həkimlərimiz ucbatından baş verdi. Düşünməyin ki, estetik etdirirəm, xeyr. Tamamilə başqa bir əməliyyatdır. Təəssüflər olsun ki, bəzi savadsız həkimlər hələ də Bakıda çalışırlar. Ona görə də gəldim İstanbula. Bir azdan məni əməliyyat edəcəklər. İnşallah, hər şey yaxşı olacaq” – deyə rəqqasə vurğulayıb.