ONN İnformasiya Agentliyi

Rəşad Dağlı azadlığa çıxıb?

Rəşad Dağlı azadlığa çıxıb?
22 May 2023 - 22:14

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı diqqət çəkən paylaşım edib.

ONN media xəbər verir ki, o, valideyni ilə arxiv fotosunu paylaşaraq, azadlığa çıxması xəbərlərini yalanlayıb.

“Yalan şaiələrə inanmayın. Atamı buraxmayıblar. Buna səbəb olanlara Allah min dəfə lənət eləsin”, – deyə söz xiridarının oğlu Yusif yazıb.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png