ONN İnformasiya Agentliyi

Reynmen rekord qıran klipini geri qaytardı

Reynmen rekord qıran klipini geri qaytardı
21 Fevral 2019 - 20:38

Reynmen baxış sayı 100 milyonu keçən klipi “Dərdim olsun”u “Youtube”dan sildiyini bildirib.

ONN media xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat verib.

Reynmen açıqlamasında bu sözləri deyib:

“Klipim 200 milyon izlənməsə də olar. Dərdim oldu. İstəmirəm. O mahnı ilə bu səviyyəyə çatmamışam. Sabah da onunla var olmayacam”.

Lakin, ifaçı gecə İnstaqram hesabında klipi yenidən aktiv etdiyini vurğulayıb. Hazırda klipin baxış sayı 123 milyondur.

Qeyd edək ki, ekran işinin “Mahna mahna killer” qısa filmindən oğurlandığı və baxış sayının saxta olduğu iddia edilirdi. (axşam)

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png