ONN İnformasiya Agentliyi

Röya Ayxandan maraqlı addım

Röya Ayxandan maraqlı addım
27 Aprel 2023 - 21:30

Tanınmış müğənni, xalq artisti Röya Ayxan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

Qurumdan ONN media-ya verilən məlumata görə, mərkəzlə tanışlıq zamanı qonaq yaradıcılıq studiyalarındakı təlim prosesi ilə maraqlanıb, dulusçuluq sahəsində bacarığını sınayıb.

Mərkəzdə təlim alan həssas əhali qruplarına aid şəxslərin hazırladıqları əl işləri və yaradıcılıq mühiti qonaqda xoş təəssürat yaradıb.

Musiqi studiyasında Mərkəz üzvlərinin çıxışlarını dinləyən ifaçı onlara qoşulub.

Xalq artisti benefisiarlarla birlikdə Mərkəzin estrada ansamblının müşaiyəti ilə repertuarından sevilən mahnıları canlı ifa edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png