Röya məşhur müğənni ilə ELƏ FOTOLAR PAYLAŞDI Kİ…

Xalq artisti Röya Ayxan müğənni Rauf Əhmədovla yeni layihə təqdim etməyə hazırlaşır.

ONN media   xəbər verir ki, restoranların birində görüşən sənətçilər pijamada səmimi fotolar çəkdirib.

Röya Ayxan paylaşımına “R+R” qeydini yazıb.

Yeni mahnı üzərində çalışan ulduzların dueti yaxın günlərdə təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, Rauf Əhmədov bundan əvvəl Röya Ayxanla illərdir küsülü olan həmkarı, Xalq artisti, pop diva Aygün Kazımova ilə 3 duet ifa edib.