ONN İnformasiya Agentliyi

Röya Xalq artisti adı almasından danışdı – “Bu ad mənim deyil…”

Röya Xalq artisti adı almasından danışdı – “Bu ad mənim deyil…”
21 Oktyabr 2019 - 18:08

Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

ONN media xəbər verir ki, ad alanlar sırasında Əməkdar artisti Röya Ayxan da olub.

Sənətçi  fəxri ad alması ilə bağlı sevincini dilə gətirib:

“Mən məni bu illər ərzində səhvim və düzüm ilə dəstəkləyən bütün dostlarım, media dostlarım, yanımda çalışan dostlarım və eyni zamanda da məni mən edən hər bir kəs, mahnılarım ilə ağlayan, gülən, sevinən hər bir kəsə təşəkkür edirəm. Çünki, bu ad mənim deyil, sizindir. Bu ad mənə bu sevgiyə görə verilib. Mən dövlət başçımıza təşəkkür edirəm. Eyni zaman da Mehriban xanıma da təşəkkür edirəm. Mənim ailəmi sevindirdiklərinə görə bir daha təşəkkür edirəm. Mənim ilə bir yerdə bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm. Hamınızın gözü aydın. Allah heç kimin əziyyətini yerdə qoymasın”.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png