ONN İnformasiya Agentliyi

Rozanın oğluna niyə ev verilib?- Rəsmi

Rozanın oğluna niyə ev verilib?- Rəsmi
06 İyul 2022 - 15:28

Ötən gün Roza Zərgərlinin övladlığa götürdüyü oğlu Corc Qafarovun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilməsi ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

ONN media xəbər verir ki, mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Corc Qafarovun övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmadığını bildirib.

“Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. İndiyə qədər yüzlərlə internat məzunu evlə təmin edilib və hazırda da proses davam edir. Corc Qafarova mənzil ona görə verilməyib ki, müğənninin himayəsində yaşayır, ona görə verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib”, – deyə məlumatda qeyd olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png