Safura həyat yoldaşı ilə elə foto paylaşdı ki… – FOTO

Müğənninin həyat yoldaşı ilə romantik anları diqqət çəkib

ONN media xəbər verir ki, “Eurovision- 2010” təmsilçimiz Safura Əliyevanın həyat yoldaşı Fərhad Əliyevlə yeni fotosu yayılıb.

Son zamanlar sosial şəbəkədə aktiv olan Safura Əliyeva İnstagramda hekayə bölümünə həyat yoldaşı ilə əl-ələ tutarkən çəkilən fotosunu paylaşıb.

Məşhur ikilinin romantik anları diqqət çəkib.

Qeyd edək ki, Safura Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün üç övladı var.