Şakira azadlıqdan məhrum edilə bilər?

Məşhur müğənni Şakira altı vergi cinayətində şübhəli bilinərək İspaniyada mühakimə olunacaq.

ONN media xəbər verir ki, bu barədə Kataloniya Ali Məhkəməsindən məlumat verilib.

Məlumata görə, Şakira 2012-2014-cü illərdə vergidən yayınma ilə bağlı cinayətlərdə şübhəli bilinir.

İspaniya prokurorluğu Şakiranın 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin vergiləri ödəmədiyi üçün müğənnidən 23 milyon avro məbləğində cərimə tələb edir.