ONN İnformasiya Agentliyi

Serdar Ortaç 11 milyonluq “qanunsuz qumar və mərc oyunu” oynayıb?

Serdar Ortaç 11 milyonluq “qanunsuz qumar və mərc oyunu” oynayıb?
29 Noyabr 2023 - 13:48

Məşhur müğənni Serdar Ortaç barəsində “qanunsuz mərc və qumar oyunu” iddiası irəli sürülüb. 

ONN media xəbər verir ki, Dilan və Engin Polat cütlüyünün çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilməsindən sonra sözgedən itttihamlar barədə istintaqın dərinləşdiyi bir vaxtda qanunsuz mərc oyunları ilə bağlı təəccüblü detallar paylaşıb.

MedyaRadarın yaydığı məlumata görə, Dilan və Engin Polatın həbsindən sonra bir neçə fenomen də diqqtə mərkəzində saxlanılır.

Qanunsuz mərc və qumar oyunlarından gələn gəlirin həcminin 750 milyard lirə olduğunu vurğulanıb.

Hazırda Türkiyədə qeyri-qanuni virtual mərc və qumar saytlarında oyun oynayan 5 milyon insan var.

Üzv olanlar nəzərdən keçirilərkən “S.O. O, “Karabiberim” adlı istifadəçi diqqət çəkib. Həmin ad barədə araşdırmalar aparılaraq ətraflı məlumat öyrənilib.

Məlum olub ki, qumar aludəçiliyi olan və haqqında mətbuatda çoxlu xəbərlər gedən sənətçi Serdar Ortaç “S.O. O, “Karabiberim” istifadəçi kodu ilə Diamond VIP statusu ilə 11,8 milyon türk lirəsi civarında qumar oynayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png