Silvestr Stallonni yeni filmdə

Hollivud ulduzu Silvestr Stallonninin yeni layihəsi bəlli olub.

ONN media  xəbər verir ki, məşhur aktyor bu dəfə super qəhrəman filmi “Suicide Squad 2”-də rol alacaq. Aktyor çəkiliş məkanından paylaşım edərək “Bu ekran işində çəkiləcəyim üçün özümü xoşbət hiss edirəm. Filmlə bağlı detalları açıqlamayacam. İzləyəndə görəcəksiniz.Amma sizi əmin edirəm ki, gözləməyə dəyər bir ekran işi olacaq” sözlərini qeyd edib.

“Suicide Squad 2”-nin  rejissoru Ceyms Qan  isə aktyor haqqında bunları deyib: “Stalonni ilə yaxın dostuq. Onunla işləmək mənə xoşdur. O ikonik ulduz olsa da onun necə aktyorluq qabiliyyətinin olduğunu hamı bilir”.