“Space”nin aparıcısı televiziyadan getdi

ONN media xəbər verir ki,"Space"Televiziyasının əməkdaşı aktyor Əkbər Əlizadə efir zamanı işdən çıxdığını elan edib.

Aktyor bu günə kimi apardığı səhər verilişinin aparıcısı olmaqdan yorulduğunu və dincəlmək istədiyini bildirib.O işdən ayrıldığını elan edib.Aparıcı bundan sonra efiri gənc aktyor Əlibəy Məmmədlinin aparacağını bildirib.Qeyd edək ki,aktyor bununla ikinci dəfə "Space"dən istefa verib.O bundan öncə də kanaldan ayrılmış daha sonra geri qayıtmışdır.