ONN İnformasiya Agentliyi

Tanınmış aparıcıya vəzifə verildi

Tanınmış aparıcıya vəzifə verildi
07 Oktyabr 2019 - 20:22

Tanınmış telejurnalist, aparıcı Bəhruz Niftəliyev “Mədəniyyət” kanalında direktor müavini vəzifəsinə təyin olunub.

ONN media xəbər verir ki, bu barədə Kult.az-a jurnalist özü məlumat verib.

B.Niftəliyev bu təyinatın onun üçün gözlənilməz olduğunu bildirib:

“Bu xəbər mənim üçün gözlənilməz oldu. Gəncləşən və inkişaf edən Azərbaycan televiziyasında belə bir vəzifənin mənə həvalə olunması qürurvericidir. Məni bu vəzifəyə layiq gördüyü üçün rəhbərliyə təşəkkür edirəm”.

Qeyd edək ki, Bəhruz Niftəliyev bundan əvvəl AzTV-də müxbir, redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ölkəmizi müxtəlif beynəlxalq elmi konfranslarda təmsil edib. O, əməkdar jurnalist Flora Xəlilzadənin oğludur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png