Tanınmış cütlük Xəzər TV-dən ayrıldı

Tanınmış telejurnalist İlhamiyyə Rza və həyat yoldaşı, yazıçı, publisist Həmid Herisçi Xəzər TV-dən ayrılıblar.

ONN media  xəbər verir ki, bu barədə İlhamiyyə Rza sosial şəbəkədə məlumat yayıb.

O qeyd edib ki, hər ikisi bundan sonra fəaliyyətlərini AzTV-də davam etdirəcək: “4 il sərhasər sübh yuxusunu bizə haram etsə də, sizə xidmətimizdən dolayı sonsuz zövq aldığımız “Xəzər Səhər”lə vidalaşdıq. Əslində, 44 günlük Vətən müharibəsinin hər həyəcanlı gününü paylaşdığımız “Xüsusi buraxılış” da var idi… Amma “Xəzər Səhər” – hər səhər bir başqa aləm idi. Xoşca qal, “Xəzər”, xoş gördük AzTV”.